14 il komada olan qadın uşaq dünyaya gətiribbackend

14 il komada olan qadın uşaq dünyaya gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az bildirir ki, bu haqda “Mirror” nəşri məlumat verir.

Nəşrin verdiyi məlumata əsasən, qadın Feniksdə yerləşən “Hacienda HealtCare” klinikasının xəstəsidir. O, oraya 14 il əvvəl suda boğulduqdan sonra düşüb.

Uşaq dekabrın 29-da dünyaya gəlib. Hazırda polis uşağın atasının kim olduğunu təyin etməklə məşğuldur.

Hüquq-mühafizə orqanları xəstəxanada çalışan bütün kişi işçiləri yoxlayır.

Qeyd edilir ki, doğum edənə qədər həkimlər qadının hamilə olduğunu bilməyiblər.

“O, inildiyirdi, biz nələr baş verdiyini anlamırdıq”, – deyə klinikadan qeyd ediblər.

Hazırda tibb müəssisəsinin nümayəndələri hadisəni şərh etmirlər, lakin bildirirlər ki, xəstələrin təhlükəsizliyi onlar üçün başlıca vəzifədir.

Interpress.Az