“Kişilər arvad yox, sevgili yanında rahat olurlar” – Vasifbackend

“Kişilər arvad yox, sevgili yanında rahat olurlar” – Vasif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın məlumatına görə, bu sözləri ARB TV-nin “Söhbət var” verilişinin qonağı olan əməkdar artist Vasif Məhərrəmli deyib. Müğənni kişlərin həyat yoldaşlarına qarşı olan xəyanətindən danışıb:

“Bu, aktual mövzudur. Bizdə çalışırlar kişilər xəyanətin altından çıxsınlar, boyunlarına almasınlar. Zaman-zaman tutulub ilişirlər. Amma bir şey var ki, Azərbaycan xanımları uşaqların və ailənin naminə kişilərin səhv addımlarına göz yumurlar. Buna görə də əhsən bizim Azərbaycan xanımlarına.

Adət-ənənələrimiz o qədər mükəmməldir ki, tam səmimi deyirəm ki, evdə xanımla rəftar tamam fərqlidir. Uşaqla, ailə ilə kişinin bir yox, bir neçə pərdəsi olur. Amma bizim kişilərimiz sevgili yanında rahat olurlar”.

Interpress.Az