2 qatar toqquşdu: 140 yaralıbackend

2 qatar toqquşdu: 140 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Rio-de-Janeyro ştatının Meskita bələdiyyəsindəki “Prezident Juselinu” stansiyasında baş verib. Stansiyada dayanmış qatara həmin istiqamətdə gedən başqa bir qatar çırpılıb. Xəsarət alanların vəziyyəti orta ağırdır.

Qəza nəticəsində dəmiryolu xəttində hərəkət dayandırılıb. Hadisə şahidlərinin sözlərinə görə, itkilərin olmamasına səbəb qatarın pis hava şəraitinə görə yavaş hərəkət etməsi olub.

Hadisə yerinə xeyli sayda xilasedici cəlb olunub.

İnterpress.az