Yaşayış evində partlayış olub, xəsarət alan varbackend

Yaşayış evində partlayış olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Məscidməhəllə kəndində qeydə alınıb. Vətandaşa məxsus, ümumi sahəsi 180 kv.m olan (hər mərtəbəsi 90 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın olmayıb.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif xəsarətlər alaraq aidiyyəti üzrə aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İnterpress.az