Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti – FOTObackend

Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu haqda teleaparıcı öz “Instagram” səhifəsində məlumat paylaşıb.

“Əziz izləyicilərim, siz bayram edib, bayram süfrəsinə tələsdiyiniz bir vaxtda, mən ilk dəfə olaraq özümü @chenotpalace-dan olan peşəkarların “detoks-iztirablarının” ağuşuna verirəm. Yaxın günlərdə öz macəralarım haqqında danışacam. Dostlarımdan bir ricam var. Bol-bol spirtli içki və yemək şəkilləri yerləşdirin. Heç olmasa, baxım”, – deyə T.Arno yazıb.

Arno Qəbələdən fotoşəkillər paylaşıb, “ətsiz, spirtli içkisiz və intimsiz” istirahət etdiyini yazıb.

Arno Rusiyanın Birinci kanalında Valdis Pelşlə “Rozıqrış” verilişinə aparıcılıq edib. Həmçinin “Dojd” telekanalında xəbərlər proqramının aparıcısı olub. Hazırda “Spletnik.ru” onlayn dərgisinin baş redaktorudur.

Qeyd edək ki, bundan əvvəl başqa bir tanınmış rusiyalı teleaparıcı – Dmitri Kiselyovun Yeni il məzuniyyətini Şahdağda keçirdiyi barədə məlumat yayılmışdı.

Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti - FOTO

Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti - FOTO

Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti - FOTO

Tanınmış rusiyalı aparıcının Qəbələ istirahəti - FOTO

Interpress.Az