Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sabiq MTN polkovniki Ali Məhkəməyə müraciət edib

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev və Vüqar Güləli barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.

Dərc edilib: 7 yanvar 2019 [17:33]
Baxış sayı: 40169

Interpress.Az xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 8-nə təyin edilib.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Güləli 8 il, C.İbayev 6 il 6 ay, V.Əsədov 6 il 6 ay, N.Əliyev 6 il 6 ay və A.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. C.İbayev məhkəmə zalında həbs olunub, V.Əsədov və A.İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Əsədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Penitensiar xidmətin keçmiş əməkdaşıdır.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 177