Prokuror Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxslə bağlı məhkəmə hökmündən protest veribbackend

Prokuror Allaha üsyan etdiyinə görə dostunu öldürən şəxslə bağlı məhkəmə hökmündən protest verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 11-nə təyin edilib.

Kassasiya protesti hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2017-ci ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarıb. O, Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə günahkar bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Interpress.Az