Hava kəskin pisləşəcəkbackend

Hava kəskin pisləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt və Abşeron yarımadasında arabir güclənəcək mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.

Axşam havanın kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısından isə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.

İnterpress.az