Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb

Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb. Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir.

Dərc edilib: 8 yanvar 2019 [10:26]
Baxış sayı: 8880

Interpress.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb.

Mövsümün ilk təlim-məşqləri 21 yanvarda başa çatacaq. Karateçilərimiz 23 yanvarda Fransaya, Karate1 Paris Premyer Liqasına yola düşəcəklər. Ilboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri də daxil olmaqla, bü rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86