Stalin onu “Azərbaycan gözəli” adlandırırdı – Leyla Bədirbəyli – 99backend

Stalin onu “Azərbaycan gözəli” adlandırırdı – Leyla Bədirbəyli – 99

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.

Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisası sənətdə ilk addımlarını rəqslə atıb. Onun Azərbaycan Dövlət Filarmoniyasından başlayan sənət yolu 1941-ci ildən Dövlət Akademik Milli Dram Teatrında davam edir.

945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet İttifaqına rəhbərlik edən Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu “Azərbaycan gözəli” adlandırır.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.

“Azərbaycan gözəli” 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.