Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilərbackend

Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan”a Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.

“Həmsədrlər yanvarda görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”, – Naqdalyan bildirib.

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında son görüş dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Milanda baş tutub. Tərəflər bu formatda görüşlərin davam etdirilməsi və danışıqların dinamikasının saxlanılması ilə bağlı razılığa gəliblər.

Interpress.Az