Xərçəngə qalib gələn azərbaycanlı aparıcı danışdı: “Bu dərdimlə…”backend

Xərçəngə qalib gələn azərbaycanlı aparıcı danışdı: “Bu dərdimlə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, o, xəstəliyi ilə bağlı ona ünvanlanan suallardan danışıb:

\”Bəzən elə bir sualın qarşısında aciz olursan ki… İstəmədən o sualın pəncəsində qalırsan. Bir xanım məndən \”botoks etdirəcəksən\” deyə soruşdu. Cavabda “yox, nə botoks, nə də mezo etdirəcəm”dedim. Mənə iynə ilə müdaxilə olmaz. Təbii halım necədir, elə qalacam. Bir də hər yaşın öz gözəlliyinin dadını çıxarmaq istəyirəm.

Həmin xanım \”doğrudur, sən normal insanlardan gözəlsən\” söylədi. Bəlkə də guya mənə təsəlli verirdi, əslində isə qaş düzəltdiyi yerdə göz çıxarmışdı.

O an mən qarışıq sualların pəncəsində qalmışdım. Hansısa xəstəliyi keçirmək anormallıqdır? Mənim xəstəliyi normal qarşılayıb, şükür etməyim anormallıqdır? Bəlkə öz dərdimlə bərabər buna düçar olmuş insanlara bir ümid işığı olmağım anormaldır?

İstəmədiyim halda saçlarımı dibindən qırxdırmaq anormalıqdır? Nə idi axı məndə olan anormallıq? Bəs normal olan nədir?

Bu sualların arasında düşündükcə bir şeyi anladım və o da üzümdə təbəssüm yaratdı. Mən normal olmağı seçirəm. Mən halımdan məmnunam\”.

Interpress.Az