Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıqbackend

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülər əlverişsiz hava şəraitilə əlaqədər diqqətli olmalıdırlar.

\”Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır\”, – deyə Kamran Əliyev bildirib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 08-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 09-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var. ( anspress.com )

İnterpress.az