Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Agentlik güzəştli mənzil almaq istəyənlərə müraciət etdi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə işləri aparıb.

Dərc edilib: 8 yanvar 2019 [17:04]
Baxış sayı: 26218

Interpress.Az xəbər verir ki, məlumata görə, satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi təmin edilib.

Mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, “Elektron İmza” və ya “ASAN İmza” sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək istəyənlər yanvarın 12-si saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi edə bilərlər.

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi yanvarın 25-də Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86