Bakıda su problemi yaşanacaqbackend

Bakıda su problemi yaşanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 yanvar 2015-ci il tarixində gün ərzində Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məhdudiyyət Olimpiya stadionunun yaxınlığında yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən 1400 mm diametrli magistral su kəmərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

İnterpress.az