Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək (ÖZƏL)

Azərbaycanda əvvəllər yetişdirilən nar sortları yenidən bərpa olunacaq.

Dərc edilib: 9 yanvar 2019 [09:42]
Baxış sayı: 16531

Interpress.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ümumiyyətlə, keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub:

"Lakin illər ötdükcə bu genom azalmağa başlayıb, nar bağları məhv edilərək əvəzində xurma ağacları əkilib və yaxud baxımsızlıq ucbatından quruyub".

Sədr bildirib ki, hazırda Azərbaycanda 20-yə yaxın nar sortu var:

"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə genomun yenidən bərpası üzərində işləyirik. Bu məsələ ilə bağlı təkliflər planı da hazırlanır. Nazirlik həmin sortların geri qaytarılması məsələsinə çox ciddi yanaşır".

Qeyd edək ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib. Bu il isə nar istehsalının 190-200 min tona çatacağı gözlənilir.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86