İranda qaya böyüklüyündə qaçaq qızıl aşkarlandıbackend

İranda qaya böyüklüyündə qaçaq qızıl aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yük avtomobilində daşınan qızılın çəkisi 500 kq olub.

Verzegan Polis İdarəsinin rəisi Albay Qasım Nəzəri mətbuata verdiyi açıqlamada qaçaq qızılın yolda avtomobillərin yoxlanılması nəticəsində aşkar edildiyini bildirib. İranın rəsmi İrna Agentliyi A. Nəzəriyə istinadən yazır ki, qızıl qeyri-qanuni daşınıb və sürücü saxlanılıb. Ələ keçirilən qızılın satış dəyərinin nə qədər olduğu məlum deyil.

Qeyd edək Vergezan Təbrizdə yerləşir və mədənçilik baxımından İran üçün olduqca böyük əhəmiyyət daşıyır. Şəhərdə yerləşən “Adrian Qızıl Mədəni” ölkənin zəngin qızıl mədənləri arasında mühüm yer tutur. (virtualaz)

Interpress.Az