Azərbaycanda ilin ilk futbol matçı darmadağınla yekunlaşıbbackend

Azərbaycanda ilin ilk futbol matçı darmadağınla yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Keşlə” təlim-məşq toplanışı çərçivəsində I Divizionda yarışan “Qaradağ Lökbatan”la qarşılaşıb. Türk Hava Yolları Futbol Mərkəzində baş tutan matç Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 35-ci dəqiqədə Nikola Mitroviç penaltidən vurub. Oyunun 42-ci dəqiqəsində Seymur Əsədov, 3 dəqiqə sonra isə Vüsal İsgəndərli komandasının 3-cü qoluna imza atıb. 54-cü dəqiqədə Slavik Alxasov darmadağında pay sahibi olub. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Andre Klennon son nöqtəni qoyub.

Komandanın yeni transferlərdən Vüsal İsgəndərli və Emin Mehdiyev oyuna start heyətdə başlayıb. Con Kamara isə ikinci hissədə meydanda olub.

Interpress.Az