Qleb Pavlovski: Tezliklə Qarabağda müharibə başlayacaqbackend

Qleb Pavlovski: Tezliklə Qarabağda müharibə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, “Exo Moskvı” radiosuna müsahibəsində o, Ermənistandakı inqilab ətrafında vəziyyəti şərh edib.

“Son 20-30 ildə bu kisik bir yerdə nə qədər müharibə olub. Postsovet məkanında ayrı heç bir yerdə olmayıb. Bununla yalnız Yuqoslaviyada baş verənləri müəyyən mənada müqayisə etmək olar. Çünki olmaz. Müttəfiqlərə təzyiq etmək lazım deyil, mən deyərdim… İnqilablara gəlincə… Ermənistanda bunlar az olmayıb. Olublar. Ermənistanda inqilablar olur, keçir. Aman allah, 80-ci, 90cı illərdə orada indiki inqilabda olduğundan daha çox adam küçələrdə idi. Bütün insanlar küçələrdə yaşayırdılar, Yerevana axışırdılar, yüz minlərlə küçələrdə dururdular. Sonra inqilab – müharibə, müharibə – inqilab. İndi də inqilab oldu, sonra da yəqin müharibə olacaq”, – o bildirib.

Paşinyanın şəxsiyyətinə gəlincə, onun sözlərinə görə, Qafqazda çox məxmər olmur.

“Düşünürəm ki, indi insanlar nəticə istəyəcəklər. Hardan çıxaracaq nəticələri? Heç Saakaşvili bacarmadı. Deməli, müharibə olacaq”, – o qeyd edib.

Interpress.Az