Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın — VİDEObackend

Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az \”Xəzər xəbər\”ə istinadən xəbər verir ki, kombi sistemi xüsusi avadanlıqla yuyulur və proses zamanı şəbəkədən qap-qara rəngli su tökülür. Üstəlik, su tamamilə lildən ibarətdir.

Ölkəmizə yeni gətirilən avdanlıq vasitəsi ilə radiatorlar və kombi açılmadan bir nöqtədən qoşulmaqla kombi sistemini yumaq mümkündür. Bu üsul isə qaza böyük həcmdə qənaət etməyə imkan verir.

Sistem yuyulduqdan sonra tıxanmış yollar açıldığından, su daha rahat dövr elədiyi və təmiz suyun qızması daha tez baş verdiyi üçün qazın sərfiyyatı da azalır.

Usta Zaur Allahverdiyevin sözlərinə görə, radiotorun içindəki su təmizlənmədikdə bu, tez-tez kombilərin sıradan çıxmasına və evin yaxşı isinməməsinə səbəb olur.
Bu prosesin maksimum hər 4 ildən bir təkrarlanması məsləhət görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Interpress.Az