Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Namiqdən müğənnilərlə bağlı iddia: Qonorarsız toya, yasa getmirlər

Meyxanaçı Namiq Qaraçuxurlu müğənnilərlə bağlı gözlənilməz açıqlama verib.

Dərc edilib: 9 yanvar 2019 [15:25]
Baxış sayı: 9500

Interpress.Az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "söhbət var" verilişinə açıqlamasında deyib ki, ifaçılar yasa da gedəndə qonorar istəyir:

"Maraqlı dəb yaranıb, yenidir. Bir neçə yüksək təbəqədə olan müğənnilərimiz qayda qoyub: heç kimin toyuna, ad gününə və yasına getmirəm. Bu da uğurlu alınıb. Həmin insanları arzulamağa başlayıblar. Kiminsə məclisində onlar görsənəndə fərqli alınır. Yaxşı nəticə verib.

Bir neçə gəncdən də eşitmişəm ki, deyir, kiminsə toyuna, yasına getmirəm. Ancaq qonorarlı yerlərə gedirəm. İndi xeyir-şərə yarıyan 10 faiz müğənni var. Düşünürəm ki, bir ildən sonra belə getsə, həmin 10 faiz də qalmayacaq".


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86