Şabranda iki qardaşın avtomobilləri toqquşubbackend

Şabranda iki qardaşın avtomobilləri toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonuna alma almağa gələn Biləsuvar rayon sakini Dadaşov İlqar Qurban oğlunun idarə etdiyi 12 BE 416 dövlət nömrə nişalı “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan, onun qardaşı Vüqar Dadaşovun idarə etdiyi 12 BE 682 qeydiyyatlı “QAZel” markalı yük maşını toqquşub.

Daha sonra onlardan biri 10 TB 324 dövlət nömrə nişanlı sərnişin avtobusuna dəyib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir. ( apa )

İnterpress.az