Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakı bulvarındakı dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR – Gənc qadın özünü niyə öldürdü?

Dekabrın 30-da Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində baş vermiş intiharın səbəbləri üzə çıxıb.

Dərc edilib: 9 yanvar 2019 [16:14]
Baxış sayı: 14256

Interpress.Az publika.az-a istinadən xəbər verir ki, həmin gün özünü dənizə ataraq intihar edən və meyiti 1 gün sonra Xətai rayonu ərazisində "Boulvared Hotel"in sahilində aşkarlanan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının xəstəlik səbəbindən həyatına qəsd etdiyi məlum olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, həkimlər D.Rüstəmovanın xəstəliyi ilə bağlı ona məlumat verəndən sonra qadın güclü sarsıntı keçirib.

Qeyd edək ki, intihar edən qadın əslən Cəlilabad rayonundan olub və Bakı şəhər Binəqədi rayonu 8-ci mikrorayonda qeydiyyatda olmaqla yaşayıb.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86