Paşinyan aprel döyüşlərinin “qəhrəmanı”nı müşavir təyin etdi – Kütləvi etirazlar başladıbackend

Paşinyan aprel döyüşlərinin “qəhrəmanı”nı müşavir təyin etdi – Kütləvi etirazlar başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, ölkə rəhbəri Nikol Paşinyana etiraz edən ermənilər generalın 2016-cı il aprel ayında Azərbaycanla döyüşlərdə çoxlu sayda qurbanın verilməsində ittiham edirlər.

Eyni zamanda, Karapetyan məsuliyyətsizlikdə və erməni ordusu üçün problemlər yaratmaqda ittiham olunub.

Jurnalist Edik Baqdasaryan hökumətə müraciət edərək, Karapetyanı cəzalandırmağa çağırıb:

“Arşak Karapetyan Nikol Paşinyanın müşaviri təyin edildi. Lakin o, 2016-cı ilin aprel döyüşlərində əsgərlərin kütləvi həlak olmasında məsuliyyət daşıyır. O, cəzalandırılmalı idi, buna görə vaxtilə vəzifəsindən uzaqlaşdırılıb. Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə hücuma keçmişdi, amma heç bir kəşfiyyat məlumatı olmadı”.

Media mütəxəssisi Samvel Martirosyan isə iddia edib ki, aprel döyüşlərinədək Ermənistanın hərbi rəhbərliyi və general Karapetyan İsrail istehsalı olan Pilotsuz Uçan Aparatların (“Dron”) Azərbaycan ordusunun arsenalında olmasından xəbərsiz olub.

Xatırladaq ki, Arşak Karapetyan Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın sərəncamı ilə 2016-cı il aprelin 26-da vəzifəsindən azad edilib. Bu ilin fevralından Rusiyanın Ermənistandakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərirdi.

Interpress.Az