Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Başqa maraqlar yarandı, sonra hər şey düzəldi - Məşhur aparıcıdan etiraf - VİDEO

"ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı tanınmış teleaparıcı, "ASAN" radionun direktoru Emin Musəvi olub.

Dərc edilib: 9 yanvar 2019 [17:02]
Baxış sayı: 26256

Interpress.Az xəbər verir ki, o, 5-ci sinfə qədər məktəbi əla qiymətlərlə oxuyub. Dərslərindən 4 qiymət alanda evdə atası onu danlayıb ki, 4 almaq olmaz, ancaq 5 almalısan.

"5-ci sinifə qədər yaxşı oxumuşam. 4 alanda faciə idi. Atam danlayırdı ki, 4 olmaz, 5 olmalıdır. Daha sonra başqa maraqlar yarandı. Dedilər, artıq bu, o Emin deyil. Sonra hər şey düzəldi".

Emin Musəvi uşaq vaxtı sakit və utancaq olduğunu söyləyib. Birinci sinifdə oxuyanda Nataşa adlı parta yoldaşı onun əllərinin üstünü cırmaqlayıb. Amma o, bunu hamıdan gizlədib:

"Evdə məndən soruşdular ki, bunu kim edib. Qız olduğu üçün utandım və heç kimə heç nə deyə bilmədim", - Emin Musəvi əlavə edib.

Videonu izləmək üçün şəklə klikləyin:



Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86