Məşhur müğənni Barış Akarsunun ölümü ilə bağlı YENİ FAKTbackend

Məşhur müğənni Barış Akarsunun ölümü ilə bağlı YENİ FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az ölkə.az-a istindən bildirir ki, açıqlamaya əsasən, Akarsu sevgilisi ilə dava edərkən qəzaya düşüb və dünyasını dəyişib.

İllər əvvəl iştirak etdiyi müsabiqədə Barış Akarsu ilə olan görüntüləri izləyən Deha heç kəsin bilmədiyi bir faktı açıqlayıb:

\”Biz Barışla müsabiqədən əvvəl dostlaşdıq. Müsabiqədə də və sonra da səmimi dost olduq. Ulduzu parıldayanda onu itirdik. Çox pərişan idik. Barış çox əla insan idi və inanılmaz işığı var idi. Bir o qədər də yardımsevər idi.

Qəza Bodrumda oldu. Biz eşidəndə inanmadıq. Mən Bodrumda idim və Barış mənim yanıma gələcəkdi. Yolda sevgilisi ilə dava edir və geri qayıtmağa çalışır, o an da qəzaya düşür. Sevgilisi də o qəzada dünyasını dəyişdi.

Qəza xəbərini eşidəndə çox da pis olmadım. Xəstəxanaya gətirdilər, vəziyyəti ağır idi. İki gün xəstəxanada gözlədik sonra da pis xəbərini aldım. Barışın sağalacağına çox inanırdım. Ölümü ona yaraşdırmamışdım. Ailəsi ilə hələ də əlaqəm var\”.

Interpress.Az