Bakıda su qiymətinə mobil telefonlar: “Samsunq” 15 AZN…backend

Bakıda su qiymətinə mobil telefonlar: “Samsunq” 15 AZN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, hərraca çıxarılan müsadirə edilmiş əmlaklar arasında mənzil, avtomobil və çox sayda mobil telefon var.

Quba rayonu Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təqdim “Mersedes-180” markalı avtomobilə cəmi 4050 manat satış qiyməti təyin edilib.

Sumqayıt şəhəri Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təqdim etdiyi “Qazel” markalı avtomobil üçün isə cəmi 1750 manat müəyyənləşdirilib.

Bundan başqa, hərracda 15 manata “Samsunq”, 35 manata “Huave” markalı mobil telefon da satılır.

Bir mağazadan müsadirə edilmiş 13 ədəd müxtəlif mobil telefon isə ümumilikdə 327 manata təqdim edilib.

Qeyd edək ki, sözügedən hərrac 5 fevral tarixində keçiriləcək.

Interpress.Az