Onlar boşandığı üçün dünyanın ən varlıları siyahısı dəyişirbackend

Onlar boşandığı üçün dünyanın ən varlıları siyahısı dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

137 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı olan Ceff Bezosun sərvətini boşandığı həyat yoldaşı ilə yarı-yarıya bölüşəcəyi halda dünyanın ən varlı insanı bir dəfə daha Microsoft\’un qurucusu Bill Geyts olacaq.

MacKenzie Bezos isə sərvətin yarısına sahib olarsa, kosmetika nəhəngi L\’Oreal\’in qurucusunun nəvəsi Françoise Bettencourt Meyersi keçərək, 68,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadını olacaq.

ABŞ mərkəzli yayım quruluşu olan Bloomberg\’in Milyarderlər İndeksinə görə, Meyersin fərdi sərvəti 45,6, Bill Geytsin sərvəti isə 93 milyard dollardır.

Ayrılıq qərarlarını dünən Twitter\’dən paylaşan Bezos cütlüyü aşağıdakıları yazıb: “Uzun bir sevgi axtarışı və ayrılıq məşqindən sonra boşanmağa və ortaq həyatımızı dost olaraq davam etdirməyə qərar verdik”. Cütlük sərvət paylaşımı mövzusu ilə bağlı hər hansı şərh verməyib.

Amma Nyu Yorkdakı Rower LLC hüquq firmasından Karin Lundell, fərqli bir dəyişiklik edilməyəcəyi təqdirdə sərvətin bərabər olaraq bölüşdürülməsinin dəqiq olduğunu söyləyib. 25 il öncə qurulan Amazon bu həftənin əvvəlində Microsoftu geridə qoyaraq, birjadakı ən dəyərli şirkət olmuşdu.

54 yaşındakı Ceff Bezos və 48 yaşındakı MacKenzie Bezos, Twitter\’dəki açıqlamalarını da aşağıdakı kimi davam edib: “Bir-birimizi tapdığımız üçün özümüzü çox şanslı hiss edirik və evli olduğumuz hər bir il üçün minnətdarıq. 25 il sonra ayrılacağımızı bilsəydik belə, hamısını yenidən edərdik. Birlikdə, evli bir cütlük olaraq müdhiş bir həyatımız oldu və valideyn, dost, investisiya və layihə ortağı olaraq birlikdə müdhiş bir gələcəyimiz var qarşımızda. Etiketlər fərqli olsa da bir ailə və yaxşı dostlar olaraq qalacağıq”.

Cütlüyün biri uşaq evindən götürülmüş olmaq üzrə dörd uşaqları var. (Musavat)

Interpress.Az