Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydıbackend

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın xəbərinə görə, bu barədə Vergilər Nazirliyi və SOCAR-ın birgə məlumatında deyilir.

“Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir.

Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

Bütün şirkətlərdə, o cümlədən, SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir.

Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən, SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar əsassız və uydurmadır.

Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur.

Bu baxımdan, media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər”, – deyə məlumatda qeyd olunur.

Interpress.Az