Azərbaycanda “donuz qripi” təhlükəsi varmı? – VİDEObackend

Azərbaycanda “donuz qripi” təhlükəsi varmı? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov açıqlama verib.

O bildirib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana daxil olan avtomobilləri müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.

Onun sözlərinə görə, Azərbaycan sərhədini keçən 867 nəfərdən nümunə götürülüb və nümunələrdə “donuz qripi” aşkarlanmayıb. O əlavə edib ki, əgər bu xəstəlik aşkarlanarsa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstəliyin qarşısının alınması üçün lazımi tədbirlər görülüb.

Qida Təhlükəsizlik Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev isə bildirib ki, H1N1 virusunun (donuz qripi) qonşu ölkələrdə yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən müvafiq qaydada məlumat yayılıb. (Oxu)

Interpress.Az