“Nizami”də  eskalator işləməyəcəkbackend

“Nizami”də eskalator işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır. Bununla bağlı bütün hazırlıqlar görülüb.

08.01.2015-ci il tarixdən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. 07.02.2015-ci il tarixinə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır.

Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.

“Bakı Metropoliteni” QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.

İnterpress.az