Rusiyada azərbaycanlı sürücünün başını yardılarbackend

Rusiyada azərbaycanlı sürücünün başını yardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yanvarın 4-də Mavlyutova küçəsində qeydə alınıb.

“Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib”, – deyə Kazan polisindən bildirilib.

Faktla bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. (virtualaz)

Interpress.Az