Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu bələdiyyələrin adları dəyişdirildi — SİYAHI

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dərc edilib: 10 yanvar 2019 [18:00]
Baxış sayı: 22382

Interpress.az xəbər verir ki, sənədə əsasən, ölkə üzrə bələdiyyələrin siyahısında aşağıdakı dəyişikliklər edilib:

1. “Ağsu rayonu” bölməsi üzrə:

12.15-ci sətirdə “Gürcüvan” sözü hər iki halda “Xanbulaq” sözü ilə əvəz edilsin.

2. “Astara rayonu” bölməsi üzrə:

13.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin.

3. “Goranboy rayonu” bölməsi üzrə:

3.1 23.1-ci sətirdə “Ağamalıoğlu” sözü hər iki halda “Düzqışlaq” sözü ilə əvəz edilsin;

3.2. 23.12-ci sətirdə “Əzizbəyov” sözü hər iki halda “Kəhrizli” sözü ilə əvəz edilsin.

4. “Göygöl rayonu” bölməsi üzrə:

4.1. 25.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanlar” sözü “Ağdağ” sözü ilə əvəz edilsin;

4.2. 25.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin.

5. “Xaçmaz rayonu” bölməsi üzrə:

5.1. 27.2-ci sətirdə “Alekseyevka” sözü hər iki halda “Çaykənarı” sözü ilə əvəz edilsin;

5.2. 27.26-cı sətirdə “Müqtədir” sözü hər iki halda “İstisu” sözü ilə əvəz edilsin;

5.3. 27.37-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Krasnı Xutor” sözləri “Şıxlı” sözü ilə əvəz edilsin.

6. “Xızı rayonu” bölməsi üzrə:

6.1. 28.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Çistı Klyuç” sözləri “Safbulaq” sözü ilə əvəz edilsin;

6.2. 28.10-cu sətirdə “Şuraabad” sözü hər iki halda “Şorabad” sözü ilə əvəz edilsin.

7. “Qazax rayonu” bölməsi üzrə:

33.7-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86