Prezidentin tənqid etdiyi məşhur POLİSƏ ÇAĞIRILDI və… – VİDEObackend

Prezidentin tənqid etdiyi məşhur POLİSƏ ÇAĞIRILDI və… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa barəsində başlanılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə çağırılıb. Çakır çıxışda verdiyi açıqlamada \”Bəhs edilən heç bir şeyi etmədim. İttihamlar mənim bu günə qədərki mövqeyimə ziddir\” , – deyə bildirib.
Aktrisanın açıqlamasını təqdim edirik:

\”İttihamları rədd edirəm. Bu günə qədər heç kimi qadın, kişi, hicablı və hicabsız olduğu üçün, həyat tərzi, cinsiyyəti, dini, inancı və irqinə görə ayırmadım. Əksinə onları birləşdirmək üçün sosial layihələrdə iştirak etdim. Bu günə qədər sərgilədiyim mövqeyim bəllidir. Ayırmaq üçün deyil, birləşdirmək üçün bir müddət mübarizə apardım. Sözügedən heç nəyi etmədim. İfadəmi də verdim. Bir sənətçi qadını hicablı və hicabsıza ayırmaz. Həyatımda hicablı və fərqli dinlərdən olan xeyli insan var. Bu günə qədər hər birini qucaqladım. Hər biri məni çox sevir. İndi də mənimlədirlər”.

Dəniz Çakır \”Hadisəyə dair görüntülər varmı” sualına \”Var, təqdim etdik. Hazırda məhkəmə prosesi davam edir. Qanuni olaraq daha çox danışmaq doğru deyil. Bütün görüntülər təhlil edildi, onsuz da hər şey ortadadır\” cavabını verib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK partiyasının dünənki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırmışdı.
\”Bu ölkənin başı örtülü gənc qızlarına \”Səudiyyə Ərəbistanına gedin\” demək faşistliyin ən yüksək həddidir. \”Səudiyyə Ərəbistanına gedin, burada nə işin var” deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK partiyası tam əksinə, bu ölkədə həyat tərzlərini zəmanət altına alan siyasi təfəkkürdür” , – deyə ölkə başçısı bildirmişdi


(Publika)

Interpress.az