Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



DİN: 25 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

25 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dərc edilib: 12 yanvar 2019 [12:20]
Baxış sayı: 20852

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də ümumi çəkisi 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülüb.

Əməliyyat tədbirləri ilə Abşeron rayon Polis idarəsinin əməkdaşları Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfayel Babayevin evindən 7 kiloqram 23,5 qram tiryək, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan isə 1 kiloqram 15,2 qram həşiş, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları rayon sakinləri Valeh Alışovdan 620 qram, Əlizamin Məmişovdan 405 qram marixuana, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları Qubalıbaloğlan kənd sakini İsmət ismayılovdan 1,427 qram heroin və 480 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86