Lider TV cərimələndi – SON DƏQİQƏbackend

Lider TV cərimələndi – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.

İnterpress.az BakuPost-a istinadən xəbər verir ki, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan \”Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib və bununla \”Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən \”Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə \”Lider TV və Radio Azərbaycan” MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.

İnterpress.az