Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda dəhşətli qəza - Kia markalı avtomobil belə aşdı - VİDEO

Bakıda minik avtomobili ilə toqquşan "Kia" bir neçə dəfə fırlanaraq aşıb.

Dərc edilib: 12 yanvar 2019 [20:42]
Baxış sayı: 33961

Bakıda iki avtomobilin toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

İnterpress.az
-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yusif Səfərovla 28 may küçəsinin kəsişməsində baş verib. Belə ki, "Opel Astra" markalı minik avtomobili ilə "KİA Sportage" markalı minik avtomobili toqquşub.

Nəticədə 99 KB 624 dövlət qeydiyyat nişanlı "Kia" markalı maşın bir neçə dəfə aşıb. Ətrafdakı insanların köməkliyi ilə qəzaya uğramış avtomobilin içərisindən iki yaralı çıxarılıb.

Hadisə nəticəsində "Kia"nın sürücüsü və sərnişini ağır yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

S.Qərib
İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86