İnterpress.az avtosfer.az-a istinadən xəbər verir ki, fotolar 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan \”Ayxan\” marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ sabah istehsal olunacaq, amma indidən satılır.
Bu məsələ ilə bağlı aidiyyəti qurumların tez bir zamanda tədbir görməsini xahiş edirik.
İnterpress.az