DİN ötən gün Bakıdakı dəhşətli qəza ilə bağlı açıqlama yaydı – 2 ölü, 3 yaralı – VİDEO 18+backend

DİN ötən gün Bakıdakı dəhşətli qəza ilə bağlı açıqlama yaydı – 2 ölü, 3 yaralı – VİDEO 18+

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol qəzası baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 36,5 kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

İnterpress.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 99 AJ 680 dövlət nömrə nişanlı \”Daewo Gentra” markalı minik avtomobili idarəetmədən çıxaraq qəza törədib. Daha sonra \”KamAZ\” markalı yük avtomobili ilə toqquşub. Məlumata görə, minik avtomobilinin sürücüsü taksi fəaliyyəti ilə məşğul olub. Qəza nəticəsində iki nəfərin ağır yaralandığı bildirilir.

İnterpress.az