Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Diaspor  

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu - FOTO - VİDEO

Ermənilərin Hollandiyada keçirdiyi turizm sərgisi uğursuzluqla nəticələnib.

Dərc edilib: 14 yanvar 2019 [00:09]
Baxış sayı: 26252

İnterpress.az xəbər verir ki, ötən gün Hollandiyanın Utreçt şəhərində ermənilər tərəfindən keçirilən turizm sərgisində nümayiş olunan coğrafi xəritədə Dağlıq Qarabağ ərazisinin Ermənistana məxsus olması əks olunub.

Sərgi başlamamışdan öncə Azərbaycanın Hollandiyadakı diaspor fəalları Dağlıq Qarabağın Ermənistana aid olunmasına etiraz ediblər. Azərbaycanlı etirazçılar Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu sərgi iştirakçılarının nəzərinə çatdırıblar. Bundan sonra sərginin keçirildiyini məkanın mühafizəçiləri ermənilərin tələbi ilə azərbaycanlı fəallara hücum etməyə başlayıblar.

Sonda azərbaycanlıların tələbi ilə Dağlıq Qarabağın Ermənistana məxsus olduğu xəritə sərgidən çıxarılıb.

Qeyd edək ki, ermənilərə qarşı etiraz aksiyası Hollandiyada yaşayan azərbaycanlı fəal Emil Əliyevin rəhbərliyi ilə baş tutub.

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu - FOTO - VİDEO

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu - FOTO - VİDEO

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu - FOTO - VİDEO

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu - FOTO - VİDEO

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189