Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Füzulidə məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR

Yanvarın 12-13-də Füzuli rayonu Zobucuq qəsəbələrinin məktəbliləri arasında "Lələtəpə - Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunan intellektual oyun” təşkil edilib.

Dərc edilib: 14 yanvar 2019 [12:44]
Baxış sayı: 11119

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən tədbirdə 5 qəsəbənin hər birinin komandası bacarığını sərgiləyib.

"Qarabağ” (Füzuli rayonu, 26 №-li tam orta məktəb), "Qarabulaq” (Füzuli rayonu, 27 №-li tam orta məktəb), "Ərgünəş” (Füzuli rayonu, 33 №-li tam orta məktəb), "Mübarizlər” (Füzuli rayonu, 34 №-li tam orta məktəb) və "Homo Sapiens” (Füzuli rayonu, 39 №-li tam orta məktəb) komandalarının iştirakı ilə gerçəkləşən yarış yarımfinal və final mərhələsindən ibarət olub.

Yarımfinal mərhələsinin yekunlarına əsasən, "Qarabulaq”, "Qarabağ” və "Ərgünəş” komandaları həlledici mərhələyə yüksəlib. Burada daha yaxşı nəticə göstərən "Qarabulaq” komandası 16 xalla turnirin qalibi adına yiyələnib. 14 xalla "Qarabağ” ikinci, 10 xalla "Ərgünəş” isə üçüncü olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, tədbirdə məktəb direktorları, müəllim və şagirdlərlə yanaşı, Füzuli rayonu İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin də əməkdaşları iştirak ediblər.
Füzulidə məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR

Füzulidə məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR

Füzulidə məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR

Füzulidə məktəblilər arasında intellektual oyun keçirilib - FOTOLAR

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116