Messidən növbəti rekordbackend

Messidən növbəti rekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu görüş Kataloniya klubunun hücumçusu Lionel Messi üçün əlamətdar olub. O, oyunun 53-cü dəqiqəsində rəqib komandanın qapısına yol tapmaqla İspaniya çempionatında 400-cü qolunu vurub.

31 yaşlı futbolçu İspaniya çempionatlarında meydana çıxdığı 435 oyunda 400 dəfə fərqlənib. Onun məhsuldarlıq göstəricisi orta hesabla 0,92 faiz təşkil edir.

Messi La Liqanın 90 illik tarixində ən çox qol vuran futbolçudu. \”Real\”ın sabiq hücumçusu Kriştiano Ronaldo 311 qol ilə siyahıda ikinci yerdədi. Siyahıda digər yerlərdə Telmo Zarra (251), Huqo Sançez (234) və Raul Qonzales (228) qərarlaşıblar.

Argentinalı forvard bu göstərici ilə həm də Avropanın beş böyük milli çempionatında ən çox qol vuran futbolçular arasında da liderdi. Belə ki, 1965-1979-cu illərdə \”Bavariya”nın formasını geyinən Gerd Müller 365, 1957-1971-ci illərdə \”Çelsi”, \”Tottenhem” və \”Vest Hem”də forma geyən ingiltərəli forvard Cimmi Qrivs isə 357 dəfə fərqləniblər.

Messi karyerası ərzində \”Barselona”nın heyətində indiyədək 659 oyunda 575 qol vurub və 224 məhsuldar ötürmə verib. Argentinalı futbolçu cari mövsümdə La Liqada 17 oyunda 17 dəfə adını tabloya yazdırıb.

Qeyd edək ki, hücumçu Argentina millisinin heyətində 128 oyunda 65 qol vurub.

İnterpress.az