Amerikada iş yerində güllələnən 29 yaşlı azərbaycanlının – FOTOLARIbackend

Amerikada iş yerində güllələnən 29 yaşlı azərbaycanlının – FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada 29 yaşlı azərbaycanlı güllələnib.

İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə, hadisə ötən gün səhər saatlarında ABŞ-ın Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində baş verib. Belə ki, «Fixer Electronic Repair» telefon təmiri sexinə silahlı basqın olub. Naməlum silahlılar atəş açmağa başlayıblar. Nəticədə orada çalışan azərbaycanlı, 1989-cu il təvəllüdlü Elçin Xəlilov da silahlı şəxslərin hücumuna məruz qalıb.

Onların açdığı atəş nəticəsində E.Xəlilov dünyasını dəyişib.

Məlumata görə, E, Xəlilov həmin mağazanın shaibi olub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Amerikada iş yerində güllələnən 29 yaşlı azərbaycanlının - FOTOLARI

Amerikada iş yerində güllələnən 29 yaşlı azərbaycanlının - FOTOLARI

Amerikada iş yerində güllələnən 29 yaşlı azərbaycanlının - FOTOLARI

İnterpress.az
S.Qərib