Azərbaycanlı müəllimənin 6 yaşlı qızı Hindistanda qalib oldu – VİDEObackend

Azərbaycanlı müəllimənin 6 yaşlı qızı Hindistanda qalib oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda məktəblilər arasında ingilis dili üzrə keçirilən yarışmada azərbaycanlı qız qalib.

İnterpress.az-ın məlumatına görə, ölkənin Mumbay şəhərində birinci və doqquzuncu sinif şagirdləri arasında ingilis dilində sərbəst danışıq üzrə müsabiqə keçirilib. Yarışmada Azərbaycan əsilli, 6 yaşlı Sabrina Xan qalib olub.

Qeyd edək ki, Sabrinanın anası İradə əslən azərbaycanlıdır. O, bir müddət əvvələ qədər Bakının Xətai rayonunda 55 nömrəli orta məktəbin ingilis dili müəlliməsi olub. Daha sonra Bakıda hindistanlı Cavid Xanla tanış olan azərbaycanlı müəllimə ailə qurmaq qərarına gəlib. Cütlük ailə qurduqdan sonra Hindistana köçüb. Onların Sabrina və Umar adlı iki övladı var. Hər iki uşaq Azərbaycan, ingilis və rus dillərini bilir.

S.Qərib
İnterpress.az