Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb – FOTObackend

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

İnterpress.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Qonşular Modern.az-ın əməkdaşına bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

İnterAz barelyeflə bağlı hazırkı vəziyyəti əks etdirən fotonu təqdim edir.

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb - FOTO

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb - FOTO

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb - FOTO

İnterpress.az