Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıblarbackend

Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1969-cu il təvəllüdlü Rafiq Nuru oğlu Hüseynovun idarə etdiyi \”VAZ-2106\” markalı avtomobilin təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtombildə olan həyat yoldaşı 1962-ci il təvəllüdlü Dilşad Mürsəl qızı Xıdırova müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az