Ermənilər Ağdamı atəşə tutdu, dərslər yarımçıq kəsildibackend

Ermənilər Ağdamı atəşə tutdu, dərslər yarımçıq kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.

Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur. ( apa )

İnterpress.az