Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verib

Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verib.

Dərc edilib: 17 yanvar 2019 [10:10]
Baxış sayı: 6333

Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

İnterpress.az “Report"a istinadən xəbər verir ki, R.Nəsirəv artıq sənədlərini Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

R.Nəsirovun reytinqi ölkədə yüksək qiymətləndirilmir. Buna səbəb onun son tutduğu vəzifədən (Fiskal Xidmətin rəisi) korrupsiya əməllərinə görə kənarlaşdırılması, buna görə həbs olunmasıdır.

Xatırladaq ki, əslən Azərbaycanın Goranboy rayonundan olan R.Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb, seçkilər martın 31-də baş tutacaq. MSK artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 143