Günortadan sonra daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ – RƏSMİbackend

Günortadan sonra daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan İnterpress.az-a verilən məlumata görə, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək: “Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir.

Ən güclü külək dənizdə müşahidə ediləcək. Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.

İnterpress.az