Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şimali Kiprin dövlət kanalında 20 Yanvar faciəsi işıqlandırılıb

Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb.

Dərc edilib: 18 yanvar 2019 [10:23]
Baxış sayı: 9576

Şimali Kiprdə fəaliyyət göstərən BRT Dövlət Televiziyasında Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı proqram təqdim olunub.

İnterpress.az xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu tanınmış teleaparıcı Əziz Qaraəzizin təqdimatında yayımlanan “Gündəm artı” verilişinin qonağı olub.

Orxan Həsənoğlu 1990-cı yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verib. 20 Yanvar hadisələrindən və xalqımıza qarşı törədilən terror aktlarından danışan Orxan Həsənoğlu bildirib ki, 20 Yanvar xalqımızın tarixində faciə olmaqla bərabər, həm də qəhrəmanlıq salnaməsinin yazıldığı bir gündür. Milli heysiyyətin oyandığı bu gün, eyni zamanda, Azərbaycan xalqının dar günündə ulu öndər Heydər Əliyevin onunla həmrəy olması kimi yaddaşlara yazılıb. Orxan Həsənoğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir inkişaf yolu keçən Azərbaycan artıq 1990-cı illərdəki ölkə deyil. Dünyada özünəməxsus yeri olan və beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan qüdrətli bir ölkəyə çevrilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193